Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edəcək

3 Fevral 2023 09:35 (UTC+04:00)

Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxış edəcək.

SİA xəbər verir ki, Prezident İlham Əliyevin çıxışı Prezidentin rəsmi "Youtube" və "Facebook" sosial şəbəkə hesablarında canlı yayımlanacaq.

Xəbər yenilənəcək