Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

3 Fevral 2023 07:10 (UTC+04:00)

Serbiya prezidenti Aleksandar Vucic ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini və Qərblə münasibətləri pozmayacağını bəyan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiç Kosova probleminin həllində ABŞ və Avropa İttifaqının dəstəklədiyi Fransa-Almaniya Planının hərtərəfli müzakirə edildiyi Serbiya Assambleyasının sessiyasının sonunda açıqlamalar verib.

Ölkəsini qarşıda çətin bir dövrün gözlədiyini vurğulayan Vuçiç, “Serbiya danışıqlardan vaz keçməyəcək, Qərblə əlaqələri pozmayacaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək” deyib.

Serbiya lideri Vuçiç “Mən bu vəziyyətlə bağlı həyəcanlı deyiləm, lakin (Rusiyaya qarşı) sanksiyalar tətbiq etməsək, nə qədər davam edə biləcəyimizi bilmirəm" dedi.

Ukraynadakı müharibədən sonra vəziyyətin əvvəlki kimi olmadığını qeyd edən Aleksandr Vuçiç Qərb dövlətlərinin Kosovadakı “problemi” tez bir zamanda həll etməyə çalışdıqlarını bildirib. Parlamentin iclasının sabah davam edəcəyi gözlənilir.