Bakıda iki avtomobil toqquşub

3 Fevral 2023 02:43 (UTC+04:00)

Bakının Xətai rayonunda iki avtomobil toqquşub, 33 yaşlı kişinin hər iki qolu sınıb. SİA-nın məlumatına görə, 1990-cı il təvəllüdlü Bağırov Elçin Talıb oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya catdırılıb.

Müayinə zamanı ona hər iki qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.