"Nümayəndə heyətləri yaxın günlərdə bir araya gələcəklər" - Hulusi Akar

3 Fevral 2023 04:23 (UTC+04:00)

Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri arasında danışıqların aparılacağını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Məlumata görə, Türkiyə, Rusiya və Suriya Müdafiə nazirliklərinin nümayəndə heyətləri dekabrda Moskvada keçirilən danışıqların davamı olaraq tezliklə texniki səviyyədə danışıqlar aparacaqlar.

“Yaxın günlərdə nümayəndə heyətlərimiz əvvəlki danışıqların davamı olaraq texniki səviyyədə görüşlər keçirəcək”, - deyə Hulusi Akar qeyd edib.