"Yalı çapkını" serialının ssenarisi son anda dəyişdirilib - VİDEO

3 Fevral 2023 05:51 (UTC+04:00)

Türkiyədə böyük reytinqi olan "Yalı çapkını" serialının 20-ci bölümünün ssenarisi son anda dəyişdirilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb izləyicilərin reaksiyası olub.

Bildirilib ki, bölümün finalında baş qəhrəman Fərid ailəsi ilə danışaraq boşanmaq istədiyini açıqlamalı olub. Lakin tamaşaçı təzyiqi ilə səhnə dəyişdirilib. Seyranın malikani basıb Pelinə hücum edərək saçından dartdığı səhnə lentə alınıb.

Məlumat üçün bildirək ki, ekran işi məşhur psixoloq Gülseren Budaycıoğlunun eyniadlı əsəri əsasında lentə alınır.