Türkiyəli aparıcı tanınmış modeldən üzr istədi

3 Fevral 2023 03:37 (UTC+04:00)

Türkiyəli aparıcı və aktyor Mehmet Ali Erbil tanınmış model Çağla Şikeldən üzr istəyib. Buna səbəb isə şoumenin model haqqında işlətdiyi son ifadələr olub. Belə ki, Erbil "İndi bir kanalda aparıcı olduğu üçün köhnə günlərini unudub. O vaxtlar "Çarkıfelek” verilişində işləmək üçün qapımda yatırdı. Otağımdan çıxmırdı”, deyə Şikel haqqında söyləyib. Şoumen geri addım ataraq "İnstaqram” səhifəsində üzr paylaşımı edib.

"Səhər saatlarında birdən-birə bağlandığım canlı yayımda əslində çox incindiyimi ifadə etmək istəyərkən, nəzarətsiz, qeyri-ixtiyari, həddini aşan sözlər dedim. Verilişin təkrarına baxanda vəziyyətin ağırlığını anladım. Emosional adamam, hamı məni tanıyır. Çağla çox qiymətli olmasaydı, bu qədər inciməzdim. Onun nailiyyətləri ilə fəxr edirdim və o, sanki karyerasının ilk addımlarında yanında olduğumu unutmuş kimi davranırdı. Amma nə qədər kədərlənsəm də, bugünkü sözləri deməyimə səbəb olmamalı idi. Hamının gözü qarşısında səndən üzr istəyirəm”, deyə şoumen qeyd edib.