Fransa Ukrayna əsgərlərinə Polşada təlim keçəcək

3 Fevral 2023 02:44 (UTC+04:00)

Fransa Avropa İttifaqının (Aİ) Ukraynaya “Hərbi dəstək missiyası” çərçivəsində Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 150 təlimçi əsgər göndərəcək. SİA xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina rəsmi tviter hesabında yazıb.

O xatırladıb ki, Aİ 2022-ci ilin oktyabrında üzv dövlətlərdəki mərkəzlərdə 15 min əsgərə təlim keçmək məqsədilə Ukrayna üçün “Hərbi yardım missiyasını” yaradıb.

Sözügedən missiya çərçivəsində iki əməliyyat komandanlığından birinin Polşada, digərinin isə Almaniyada olduğunu ifadə edən L.Jasina bunları qeyd edib: “Fransa Aİ-nin Ukraynaya “Hərbi yardım missiyası” çərçivəsində Polşaya 150 əsgər göndərəcək. Bu əsgərlər hərbi əməliyyatlarda iştirak edəcəklər”.