Aİ Rusiyaya yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır

3 Fevral 2023 02:03 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) fevralın 24-dək Rusiyaya qarşı onuncu sanksiyalar paketini qəbul etməyi planlaşdırır. SİA “interfax.ru”ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Leyen cümə axşamı bildirib.

Onun sözlərinə görə, sanksiyalar paketi Rusiyanın Ukraynaya hücumunun ildönümü ərəfəsində tətbiq olunacaq.

“Böyük yeddilikdən olan tərəfdaşlarımızla biz Rusiya neft məhsulları üçün əlavə qiymət həddini tətbiq edəcəyik və fevralın 24-dək onuncu sanksiyalar paketini tətbiq etməyi hədəfləyirik", - deyə o qeyd edib.