Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar

2 Fevral 2023 23:46 (UTC+04:00)

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, turnirin ikinci günündə - fevralın 2-də beş güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıblar.

Belə ki, Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirin ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.