Gənc oğlan dəm qazından boğularaq ölüb

2 Fevral 2023 23:16 (UTC+04:00)

Sumqayıtda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin "Qurd dərəsi" yaşayış massivində baş verib.

2002-ci il təvəllüdlü Səfərli Eltun Asəf oğlu yaşadığı evdə dəm qazından boğulub.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.