Azərbaycan millisinin seçmə mərhələ oyunlarının təqvimi açıqlanıb

2 Fevral 2023 22:19 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz AÇ-2025-in seçmə mərhələsindəki rəqiblərlə aşağıdakı tarixlərdə qarşılaşacaq:

2023-cü il

12 sentyabr
Serbiya – Azərbaycan

12 oktyabr
Azərbaycan – Şimali İrlandiya

17 oktyabr
Azərbaycan – Lüksemburq

21 noyabr
Ukrayna – Azərbaycan

2024-cü il

22 mart
Azərbaycan – İngiltərə

26 mart
Azərbaycan – Ukrayna

6 sentyabr
Lüksemburq – Azərbaycan

12 sentyabr
Azərbaycan – Serbiya

10 oktyabr
Şimali İrlandiya – Azərbaycan

15 oktyabr

İngiltərə – Azərbaycan