Bizi göyərtəsində xaç olan alman tankları ilə hədələyirlər?

2 Fevral 2023 20:28 (UTC+04:00)

Rusiya yenidən göyərtəsində xaç olan alman tankları ilə hədələnir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Stalinqrad döyüşündə qələbənin 80 illiyi şərəfinə Volqoqradda keçirilən konsertdə çıxışı zamanı deyib.

Rusiya lideri qeyd edib ki, Qərb dövlətləri 80 il əvvəl olduğu kimi yenidən Bandera əli ilə Ukrayna torpağında Rusiya ilə vuruşmağa hazırlaşır.

Putinə görə, bu elə də inanılmaz olmasa da, amma doğrudur. Onun dediyinə ghörə, bizi yenə göyərtəsində xaç olan alman “Leopard” tankları təhdid edirlər: “...Və yenə də onlar... Banderanın əli ilə Ukrayna torpağında Rusiya ilə vuruşmağa hazırlaşırlar”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Berlinin Kiyevə 10 dəfədən artıq “Leopard 2” tankı verə biləcəyini bəyan etmişdi.

Ağasəf Babayev