Gürcüstan məktəblərində maraqlı vəziyyət

2 Fevral 2023 20:07 (UTC+04:00)

Gürcüstan məktəblərində maraqlı vəziyyət yaranıb. Məktəblərdə müəllim və şagirdlərin sayı ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Gürcüstanda 2 məktəbin hər birində bir şagird təhsil alır.

Gürcüstanın Duşeti rayonunun Çarğalı kəndindəki ictimai məktəbdə 7 müəllim və 1 şagird, Kaspi rayonunun Qudaleti kəndindəki ictimai məktəbdə isə 4 müəllim və 1 şagird var.

Bundan başqa, ölkə ərazisində daha 4 kənddəki məktəblərin hər birində 2 şagird, 9 məktəbdə 3 şagird, 6 məktəbdə 4 şagird, 8 məktəbdə isə 5 şagird təhsil alır.

Ümumiyyətlə isə Gürcüstanda 288 məktəbdə 1-dən 30-dək şagird təhsil alır.

Qeyd edək ki, Gürcüstanda 2085 məktəb var ki, bunlardan 116-sı Azərbaycan məktəbidir.

Məktəblərdə 632 min 726 şagird təhsil alır.

Gürcüstanda orta təhsil 12 illikdir.