Prezident İlham Əliyev: Buxarestdə imzalanmış sənəd qarşımızda yeni perspektivlər açır

2 Fevral 2023 19:40 (UTC+04:00)

Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında bildirib.

Buxarestə səfəri ilə bağlı yaxşı xatirələrinin olduğunu söyləyən dövlətimizin başçısı söyləyib: “Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır”.