Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

2 Fevral 2023 19:37 (UTC+04:00)

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayonunun Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində ilkin məlumata əsasən 4 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.