Türkiyənin ixracı yanvar ayında artım göstərib

2 Fevral 2023 19:27 (UTC+04:00)

"Yanvar ayının ən yüksək ixrac dəyərinə çatdıq. Yanvarda ixracımız keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 19,4 milyard dollara çatdı".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ticarət naziri Mehmet Muş paytaxt Ankarada verdiyi açıqlamada deyib.
Nazir Türkiyənin ixracatda yanvar ayının ən yüksək dəyərinə çatdığınıa vurğulayaraq deyib:

"İxracımız keçən il əldə etdiyi sürəti cari ilin ilk ayında da davam etdirərək yanvar ayının ən yüksək ixrac dəyərinə çatdı. Yanvarda ixracımız keçən ilin müvafiq ayı ilə müqayisədə 10,4 faiz artaraq 19,4 milyard dollar təşkil etdi”.