İsrail və Fransa İrana qarşı birgə tədbirləri müzakirə edəcək

2 Fevral 2023 19:06 (UTC+04:00)

Görüşün əsas mövzusu İranın təcavüzü və Tehranın nüvə silahı əldə etmək istəyi olacaq.

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla iki ölkənin İranla bağlı birgə hərəkətləri barədə danışmaq niyyətindədir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin Parisə səfəri ərəfəsində onun ofisində məlumat verilib.

Netanyahu qeyd edib ki, görüşün mərkəzi mövzusu İranın təcavüzü və İslam Respublikasının nüvə silahı əldə etmək istəyi ilə mübarizə olacaq.

O, həmçinin bildirib ki, səfər zamanı İsrailə sərmayə qoymaqda maraqlı olan Fransa işgüzar dairələrinin nümayəndələri, eləcə də yerli yəhudi icması ilə görüşəcək.

Bundan əlavə, baş nazir İsrailin qonşuları ilə sülh dairəsini genişləndirmək və dərinləşdirmək məqsədi daşıdığına diqqət çəkib.

Ağasəf Babayev