Lassa qızdırması sәbәbindәn Nigeriyada fövqәladә vәziyyәt elan edilib

2 Fevral 2023 18:54 (UTC+04:00)

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru İfedayo Adetifa yoluxanların sayının artması səbəbindən fövqəladə vəziyyət elan edildiyini və epidemiyaya qarşı araşdırmalara başlanıldığını bildirdi.

Yanvar ayında 244 nəfərin epidemiyaya yoluxduğu, 37 nəfərin dünyasını dəyişdiyi vurğulanıb.

Nigeriya hökumәti xəstəliyin müalicәsi ilә әlaqәdar üç dәrmanın müәyyәn edildiyini açıqlamışdı.

Qeyd edәk ki, Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi ölkәlәrdә yayılan Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınmışdı.

Nigeriya hökumәti 2019-cu ilin 23 yanvar tarixindә Lassa qızdırması sәbәbindәn fövqәladә vәziyyәt elan etmişdi.

Qeyd edәk ki, keçən il Nigeriyada Lassa qızdırması səbəbindən 178 nəfər dünyasını dəyişib, 989 nəfər də epidemiyaya yoluxub.