FES növbəti dəfə uçot dərəcəsini artırdı

2 Fevral 2023 18:05 (UTC+04:00)

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb.

SİA-nın əldə etdiyi məlumata görə, son artımla uçot dərəcəsi 4,50-4,75 faizə çatdırılıb.
İqtisadi fəaliyyət normallaşacağı təqdirdə uçot dərəcəsi azaldıla bilər.
Qeyd edək ki, FES 2022-ci ildə uçot dərəcəsini yeddi dəfə artırıb.