U-21 millimizin Avro-2025-dəki rəqibləri

2 Fevral 2023 14:26 (UTC+04:00)

Azərbaycanın U-21 millisinin Avro-2025-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. SİA xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, yığmamız F qrupunda yer alıb. Samir Əliyevin baş məşqçi olduğu komanda bu mərhələdə Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avro-2025-in final mərhələsi Slovakiyada keçiriləcək.