Oleksiy Reznikov Fransaya səfər edib

2 Fevral 2023 12:55 (UTC+04:00)

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Fransaya səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Reznikov paytaxt Parisdə müalicə alan Ukrayna hərbçiləri ilə görüşüb.

O, reabilitasiya mərhələsində olan hərbi qulluqçuları təltif edib.

Müdafiə nazirinin Fransa prezidenti Emmanuel Makronla görüşməsi, onunla ölkəsinin müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etməsi nəzərdə tutulub. Reznikovun digər yüksək səviyyəli görüşlər keçirməsi də gözlənilir.