Milli Məclisdə Gənclər Gününə həsr edilmiş ictimai dinləmə keçirilir

2 Fevral 2023 11:33 (UTC+04:00)

Milli Məclisdə “Heydər Əliyev İli”nə və 2 Fevral Gənclər Gününə həsr edilmiş “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilir. SİA xəbər verir ki, dinləmə Gənclər və idman komitəsi tərəfindən həyata keçirilir. Tədbirdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və idman komitəsinin üzvü olan millət vəkilləri, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun nümayəndələri, Vətən müharibəsi qaziləri, gənclər sahəsində fəaliyyət göstərən QHT-lər və Universitetlərdən tələbələr iştirak edir.