“Gəncləri dövlət qulluğu sahəsində fəaliyyət göstərməyə çağırıram” - Məleykə Abbaszadə

2 Fevral 2023 11:08 (UTC+04:00)

“Bu gün baş tutan tədbirin mövzusunu da nəzərə alaraq, gəncləri dövlət qulluğu sahəsində fəaliyyət göstərməyə çağırıram. Dövlət qulluğu üzrə gənclərin təşkil etdiyi faiz çox uğurludur. Lakin hesab edirəm ki, dövlət qulluğunda aparılan islahatlar elə bir nəticəyə gətirib, çıxara bilər ki, dövlət qulluğunda çalışan şəxslərin 50 faizi 35 yaşından gənc olsun”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, təbii ki, dövlət qulluğunda yaşlı insanların da təcrübəsinə xüsusi önəm veririk. Bu balansı qoruyub, saxlamaq lazımdır. Eyni zamanda qeyd etmək lazımdır ki, imtahan prosesində də daha yaxşı nəticələr məhz gənc nəslə məxsusdur. Hesab edirəm ki, hazırda dövlət qulluğu üzrə aparılan işlər kifayət qədər uğurludur”.