Müğənni azərbaycanlılara belə dəstək oldu - FOTO

2 Fevral 2023 02:30 (UTC+04:00)

Müğənni Gülben Ergen sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçi tvitter hesabında İranda cənubi azərbaycanlıların ac və evsiz qaldığını bildirib: "İnsanlar soyuqda aclıqla mübarizə aparır. Cənubi Azərbaycanın Xoy şəhərində üşüyən, qorxan, yaşamaq uğrunda mübarizə aparan qardaşlarımız üçün nə edə bilərik?".

Xatırladaq ki, yanvarın 29-da İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.