YAP Mərkəzi Aparatının rəhbərinin müavini təyin olunub

1 Fevral 2023 21:43 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni təyinat olub. SİA-nın xəbərinə görə, Əhliman Tağıyev Aparat rəhbərinin müavini təyin edilib.

Əhliman Tağıyev bundan əvvəl YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdiri olub.