ABŞ və Almaniyanın tank göndərməsi həll yoludurmu? - ƏRDOĞAN

2 Fevral 2023 01:19 (UTC+04:00)

"Qərb dövlətləri tərəfindən tankların verilməsi Ukraynada problemlərin həllinə kömək etməyəcək". SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Rusiyanın Ukraynaya silahlı hücumu fonunda yaranmış vəziyyətin həllində Türkiyənin böyük təşəbbüs göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə taxıl dəhlizində, əsir mübadiləsində və humanitar yardımda vasitəçilik edib.

"Danışıqlar davam edir. ABŞ və Almaniyanın tank göndərməsi həll yoludurmu? Bunun həllin elementi olduğunu deyə bilmərəm. Bu, risklidir”, - deyə Ərdoğan əlavə edib.