İspaniya Ukraynaya zirehli transportyorlar göndərir

2 Fevral 2023 01:03 (UTC+04:00)

İspaniyanın Müdafiə Nazirliyi fevralın 6-da Ukraynaya 20 ədəd M113 zirehli transportyoru göndərəcək. SİA-nın xəbərinə görə, bu barədə “Europa Press” məlumat verib.

Paralel olaraq İspaniya 6 ədəd “Leopard 2A4” döyüş tankını da Ukraynaya təhvil verəcək. İspaniyada 300-dən çox belə tank olsa da, onların əksəriyyəti konservasiyadadır və istismara yararsızdır.

Artıq yola salınacaq tankların təcili təmiri başlayıb.