Qarsda müdafiə nazirlərinin üçtərəfli görüşü olub

1 Fevral 2023 23:56 (UTC+04:00)

Türkiyənin Qars şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində Qarsa gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Juanşer Burşuladze ilə görüşüb.