"Beşiktaş"da yeni futbolçu

1 Fevral 2023 22:56 (UTC+04:00)

"Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi "Konyaspor"dan Amir Hadciahmetoviçi transfer edib. Bosniya ve herseqovinalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Amir Hadciahmetoviç "Konyaspor"a 2016-cı ilin qışında "Jelezniçar"dan transfer olunub.