ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dövlət katibi Entoni Blinken Tviterdə bildirib.
Onun sözlərinə görə, Luis Bono ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi təyin edilib.
"Onun səyləri bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", Blinken qeyd edib.