Azərbaycan Basketbol Liqasında 16-cı tura start verilib

1 Fevral 2023 21:45 (UTC+04:00)

Fevralın 1-də “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” və “Sabah” basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında 16-cı turun açılış oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, oyuna üstün başlayan “Sabah” basketbolçuları oyunun sonunda parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular isə “AAAF Xırdalan”dan Devin Pullum (22 xal, 4 asist ), “Sabah”dan Entoni Patti (20 xal, 13 ribaund) olub.

Qeyd edək ki, 16-cı turun digər oyunları (“Sərhədçi PİK” – “Neftçi İK”, “Zirvə Astara” – “Gəncə”, “Olimpik Şəki” – “NTD BK”) fevralın 2-də, 4-də və 5-də təşkil olunacaq