TRT “Hicran”ı hicrandan qurtardı və artıq …

1 Fevral 2023 19:14 (UTC+04:00)

Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.

TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası edilib. Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.

Qeyd edək ki, AzTv QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə özü başlayacaq.