"Lombarlarla bağlı qanun layihəsi qəbul edilməldir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, ilk dəfə bununla əlaqədar olaraq 2019-cu ildə Milli Məclisdə müzakirələr edilmişdir: "Mən istərdim ki, bununla əlaqədar olaraq qanun qəbul edilsin. Çünki cəmiyyətimizdə lombardlarla bağlı çoxlu sayda şikayətlər var".