"Bələdiyyə seçkiləri ilə bağlı dəyişiklik edilməlidir" - SİYAVUŞ NOVRUZOV

1 Fevral 2023 11:59 (UTC+04:00)

"Biz komitə olaraq qanunvericiliklə bağlı iş planımızı tərtib etmişik". SİA xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin ilk yaz sessiyasında bildirib.

O, Seçki Məcəlləsində dəyişiklik olunmasını qeyd edib: "Əsasən bələdiyyə seçkiləri ilə bağlı xüsusi olaraq dəyişiklik olunmalıdır. Prezident seçkiləri ilə bələdiyyə seçkiləri arasında eyni prosedur aparılır. Ucqar rayonlarda da keçirilən bələdiyyə seçkilərində çətinlik yaranır. Çünki bu seçkilər respublika səviyyəsində deyil regional səvyyədə aparılmaldıır. Bu proses bütün dünyada regional dərəcədə baş verir. Həmçinin bələdiyyələrimizin və bələdiyyə üzvlərinin sayı xeyli çoxdur. Bu baxımdan həm bələdiyyələrimizin, eyni zamanda bələdiyyə üzvlərimizin sayı azaldılmalıdır".