ABŞ Türkiyəni "maneə" adlandırıb

1 Fevral 2023 10:30 (UTC+04:00)

Danimarkalı siyasətçi Rasmus Paludanın Türkiyə səfirliyi qarşısında Quranı yandırması ilə başlayan böhran Türkiyənin NATO qapısını İsveçə bağlaması ilə nəticələnib. SİA xəbər verir ki, İsveçdə bu hadisədən sonra ABŞ-ın NATO-nun keçmiş müttəfiq komandanı Ceyms Stavridisdən qalmaqallı Türkiyə açıqlaması gəlib. Yunanıstanın “Kathimerini” qəzetinə danışan Stavridis Türkiyəni “NATO birliyinə ən böyük maneə” adlandırıb. Digər NATO üzvlərinin də səbrinin həddi-hüdudu olduğunu bildirən komandirin sözləri Yunan mətbuatı tərəfindən “Ankaraya qarşı hədə-qorxu” kimi qiymətləndirilib.