Göygöldə mebel salonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

1 Fevral 2023 03:14 (UTC+04:00)

Göygöl rayonu Quşqara kəndində “Arzu” mebel salonunda baş verən yanğın söndürülüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin texnikaları və canlı qüvvə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Yanğının başvermə səbəbləri araşdırılır.