Səbail rayonunda bıçaqlanma hadisəsi olub

1 Fevral 2023 03:05 (UTC+04:00)

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. SİA xəbər verir ki, hadisə "Səbail" (Bakı) və "Kəpəz" (Gəncə) futbol klublarının matçından sonra baş verib.

Belə ki, Bibiheybət qəsəbəsi ərazisində yerləşən "ASCO Arena"da final fiti səsləndikdən sonra azarkeşlər arasında dava düşüb. Həmin vaxt "Kəpəz"in azərkeşi 1997-ci il təvəllüdlü Ələsgərov Rahib Yasin oğlu bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti qənaətbəxşdir.