Kəlbəcərdə avtomobil aşıb - ölən və yaralananlar var

1 Fevral 2023 02:05 (UTC+04:00)

Kəlbəcərdə avtomobil aşıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

"Fevral ayının 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədən xəsarəti alsa da sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.