ABŞ-da fövqəladə vəziyyət rejimi bu tarixdə ləğv ediləcək

1 Fevral 2023 01:21 (UTC+04:00)

ABŞ-də milli fövqəladə vəziyyət rejimi mayın 11-də ləğv ediləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Co Bayden qərar qəbul edib. Belə ki, milli fövqəladə vəziyyət rejimini 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar elan edilib.

Bildirilib ki, bu vəziyyət insanların maska ​​taxması və ya peyvənd olunması üçün heç bir məhdudiyyət yaratmayacaq.