Daha bir ölkə İrana qarşı sanksiyalar tətbiq edib

1 Fevral 2023 00:47 (UTC+04:00)

Avstraliya İrana qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiyalar 16 fiziki və hüquqi şəxsi əhatə edib. Sanksiya siyahısında İran ordusunun rəisi və Bəsic müqavimət qüvvələrinin tanınmış simaları var.