"Barselona"nın yeni transfer hədəfi

31 Yanvar 2023 23:28 (UTC+04:00)

"Barselona" klubu "Fiorentina"nın yarımmüdafiəçisi Sofian Amrabatla maraqlanır.

SİA-nın əldə etdiyi məlumata görə, Kataloniya klubu 26 yaşlı mərakeşlini 2022/23 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir.

Mərakeş millisinin aparıcı üzvü "Utrext", "Feyenoord", "Brügge", "Verona" klublarında oynayıb.