Fransadakı etiraz aksiyasında ümumilikdə 2,8 milyon nəfər iştirak edib

31 Yanvar 2023 23:18 (UTC+04:00)

Bu gün Parisdə pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyasında iştirak edənlərin sayı 87 min nəfər təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, aksiyalar Fransanın Lion, Renn, Ruen, Marsel, Nant və Monpelye kimi şəhərlərində də keçirilib. Etirazlarda ümumilikdə 2,8 milyon nəfər iştirak edib. Yanvarın 19-da isə bu rəqəm 2 milyon idi.

Hakimiyyət nümayişçilərin ümumi sayı barədə rəsmi rəqəmləri hələ ki, açıqlamayıb.

Son məlumatlara görə, Parisdə nümayiş başlamazdan əvvəl 30 nəfər saxlanılıb, lakin onların sayı arta bilər. Belə ki, yürüş iştirakçıları iki saatdan çox polislə toqquşub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng və butulkalar atıb, həmçinin zibil qutularını yandırıblar. Polis və jandarm etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.