Ötən il nikah və doğum sayı 10 faizədək artıb

31 Yanvar 2023 21:46 (UTC+04:00)

Azərbaycanda 2022-ci il ərzində nikah və doğum sayı 10 faizədək artıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formatda keçirilən kollegiya iclasında bildirilib.

Eyni zamanda qeyd edilib ki, boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.