"Dünya Afrikasız inkişaf edə bilməz"

31 Yanvar 2023 19:17 (UTC+04:00)

Aleksandr Lukaşenkonun dediyinə görə, dünya Afrikasız inkişaf edə bilməz.

SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, Belarus prezidenti bunu zimbabveli həmkarı Emmerson Mnanqaqva ilə danışıqlardan sonra vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, Afrika artıq çoxdan oyanıb. Üstəlik, Belarus lideri gələcəyin Afrikaya aid olduğuna əmindir. Onun sözlərinə görə, Afrika olmadan dünyada heç bir perspektiv ola bilməz. Yəni dünya Afrikasız inkişaf edə bilməz.

Afrika ölkələri ilə əməkdaşlıqdan danışan Lukaşenko Belarusun sülh yolu ilə getdiyini vurğulayıb. Onun dediyinə görə, bu bir vaxtlar müstəmləkəçilərin getdiyi yol deyil.

“Biz bura texnologiyalar gətiririk və insanları burada öyrədirik, mütəxəssislər hazırlayır”, - Belarus lideri bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Aleksandr Lukaşenko dünya ölkələrini Afrikanın inkişafına sərmayə qoymağa çağırmışdı.

Ağasəf Babayev