Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi davam edir

31 Yanvar 2023 18:02 (UTC+04:00)

Suriyanın şimalındakı "Sülh çeşməsi" antiterror əməliyyatı bölgəsində hücuma hazırlaşan terror təşkilatı PKK/YPG mənsubu 3 terrorçu zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib:

"Terrorçular hardadırsa, hədəfimiz orasıdır" şüarı ilə xain məqsədlərinə çatmamış zərərsizləşdirməyə davam edirik. Qəhrəman əsgərlərimiz Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatı bölgəsinə hücum etməyə hazırlaşan 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib".