SİA-nın TRT-yə istinadən verdiyi xəbərə görə Barranquilla şəhərinin El Santuario məhəlləsindəki yeməkxanada televiziya kanalından yayımlanan matça baxan qrupa silahlı hücum təşkil edilib. İnsident nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Məlumata görə bölgədə mütəşəkkil cinayətkar qrupların mövcudluğu və qeyri-qanuni ticarətlə bağlı ictimaiyyət ciddi təhlükəsizlik problemlərə məruz qalır.