Partiya təşkilatında iclas keçirilib - FOTOLAR

31 Yanvar 2023 17:28 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Səbail rayon “Mehdi Hüseyn küçəsi 1” ərazi partiya təşkilatında iclas keçirilib. SİA xəbər verir ki, iclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.
Daha sonra “Mehdi Hüseyn küçəsi 1” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə sədr və sədr müavini müəyyənləşib.

Yekdilliklə Röya Bənənyarlı ərazi partiya təşkilatının sədri, Ruslan Həsənov sədr müavini seçilib.
M.Nağıyev yeni seçilmiş sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.

Röya Bənənyarlı ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.