Evinin qarşısında öldürüldü

31 Yanvar 2023 16:54 (UTC+04:00)

Türkiyənin Adana şəhərində Murat Akbaş adlı şəxs evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən tapança ilə öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Murat Akbaşın hücuma məruz qaldığı yerdə 22 ədəd boş patron gilizləri tapılıb. Hadisədən sonra hərəkətə keçən polis qrupları, qatil şübhəlisini axtarır.