Azərbaycanda peyvənd olunanların SAYI

31 Yanvar 2023 16:35 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 444 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.