Məşhur müğənni ikinci dəfə ata olur

31 Yanvar 2023 10:56 (UTC+04:00)

1,5 ildir birlikdə olan məşhur müğənni Özcan Dəniz və iranlı modelyer Samar Dadqar bu yaxınlarda sürpriz şəkildə evləndilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Samar Dadqarın hamilə olduğu məlum olub. Bu xəbəri isə Özcan Dənizin Feyza Aktanlıdan olan oğlu Kuzey yayıb.